Fərdi sahibkar rayon qeydiyyatındadır, onun təsərrüfat obyekti isə Gəncə şəhərində yerləşir. Belə olan halda, vergiödəyicisi bəyannamələri hansı vergi orqanına təqdim etməlidir?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommersiya mərkəzindən verilən məlumata görə, vergi bəyannamələri vergiödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilir. Bununla yanaşı, vergiödəyicisinin bir təsərrüfat obyekti olduqda və həmin təsərrüfat obyekti vergiödəyicisinin olduğu yerdən kənarda yerləşərsə, vergiödəyicisi həmin obyektin ünvanı üzrə yenidən uçota alınır. Yəni, fərdi sahibkar yaşayış yeri üzrə rayon qeydiyyatında olmasına baxmayaraq, onun yeganə təsərrüfat obyekti Gəncə şəhərində yerləşdiyi üçün fərdi sahibkarın vergi orqanlarındakı qeydiyyat ünvanı Gəncə şəhərinə dəyişdirilir (yenidən uçota alınır).
Eləcə də bax: Prezident problemli kreditlərdən danışdı
Vergiödəyicisinin iki və daha çox təsərrüfat obyekti olduqda, həmin vergiödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə, yəni vergiödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat obyektinin, o cümlədən istehsal sahəsinin yerləşdiyi yer üzrə yenidən uçota alınır.