Vergilər Nazirliyi Vergi Məcəlləsinə çoxsaylı dəyişikliklərin qüvvəyə mindiyi və ciddi nəzarət tədbirlərinin başlanacağı 2019-cu ildə güclü fəaliyətə hazırlaşır. FED.az xəbər verir ki, nazirlik bu məqsədlə işçi ştatını tam komplektləşdirmə işlərinə başlayıb.
Vergilər Nazirliyinin bununla bağlı elanına görə, mühahisiblər və digər maliyyə ixtisasları ilə yanaşı, Vergilər Nazirliyinə əvvəllər burada işləyən işçilər də qəbul ediləcək. Bundan başqa, işə qəbul elanında əvvəllər baş mühasib və mühasib işləmiş şəxslərin işə qəbul ediləcəyi də diqqəti cəlb edir.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, adı çəkilən ixtisasda çalışanlar adəən yüksək məbləğdə əmək haqqı alırlar. Onların vergi orqanlarına cəlb edilməsi üçün müvafiq əmək haqqı da təmin edilməlidir. Görünür, nazirlik bu xərcləri çəkməyə hazırdır.
Vergi orqanlarına birbaşa müsahibə yolu ilə müsabiqənin keçirilməsi haqqında məlumat
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən test imatahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqənin keçiriləcək. Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu elektron ərizə vasitəsilə 14.01.2019-cu il saat 10:00-dan başlanılacaq il ərzində davamlı olaraq həyata keçiriləcək.
Eləcə də bax: Müəssisə xaricdən aldığı borc üzrə faizləri gəlirdən çıxa bilərmi?
Müsabiqədə iştirak etmək üçün namizdələrə verilən tələblər
- Baş mühasib vəzifəsində 3 ildən artıq işləmiş şəxslər;
- Mühasib vəzifəsində 5 ildən artıq işləmiş şəxslər;
- Vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş xüsusi rütbəli şəxslər;
- Maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər;
- Hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər.
Üstünlük verilən namizədlər
- Elmi dərəcəsi, maliyyə və mühasibatlıq sahəsində fərqləndirici sertifikatlara malik olanlar;
- Xarici dillərin birini sərbəst bilənlər.
Tələb olunan sənədlər
- Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq doldurulan elektron ərizə forması;
- Sağlamlıq haqqında tibbi arayış;
- Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
- Məhkumluğun olmaması barədə arayışın surəti;
- Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti;
- Əmək kitabçasının surəti;
- Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri;
- Ali təhsil barədə diplomun (diplomların) surəti və Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri elektron ərizə (CV) formasına əlavə olunur.
Müsabiqədə iştirak haqqında məlumat:
- Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.
- Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.
Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
- üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
- qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər; (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla)
- müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar;
- Dövlət vergi orqanları və ya işlədiyi digər qurumlarda əvvəllər yol verdiyi kobud nöqsanlara və ya xidməti fəaliyyətlə bir araya sığmayan hərəkətlərə görə işdən azad edilmiş şəxslər;
- Yaşı 50-dən yuxarı olan vətəndaşlar.