Vergi Məcəlləsində edilən dəyişikliklərin sayının çox, əhatə dairəsinin geniş olması ilk baxışdan vergi ödəyicilərinin gözünü qorxutsa da, əminliklə deyə bilərik ki, “Vergi Qanunverciliyi və Şərhlər Toplusu" kitabının işıq üzü görməsi bu xofu aradan qaldırdı.
FED.az xəbər verir ki, Mks.az saytının nəşri olan 632 səhifəlik kitabda Vergi Məcəlləsi və ona edilən 250-ə yaxın dəyişikliyin, "Sosial sığorta haqqında" AR Qanunu və ona edilən 50-ə yaxın dəyişikliyin bənd-bənd izahı verilib.
Kitabda 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan dəyişikliklər sadə şəkildə, ən əsası misallara izah olunub ki, bu da istənilən vergi ödəyicisinə onu maraqlandıran suala asanlıqla cavab tapmaq imkanı yaradır. Kitabda 4 fəaliyyət üzrə (pərakəndə, topdansatış, istehsal və ictimai-iaşə) vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydaları ilə yanaşı Ezamiyyə normaları və ezamiyyənin hesablanmasına dair misal da yerləşdirilib. Kitabın üzərində bonus kimi təqdim edilən CD-də isə vergi və sosial sahəyə aid qanunvericilik sənədləri və yeni dəyişikliklərə uyğun excel formatda əmək haqqı hesablanması cədvəli yerləşdirilib.
Qeyd edək ki, “Vergi Qanunvericiliyi və Şərhlər” Toplusu ilk 3 gündə 200 ədəd satılmaqla kitab satışı sahəsində rekorda imza atıb. Kitabın dərc olunmasından keçən 20 günə yaxın müddətdə 500 nəfərdən artıq şəxs 610 ədəd kitab alıb.
Bu cür dəstəyə görə mks.az saytı mühasibatlıq və vergi orqanlarında çalışan həmkarlarına təşəkkür edir və bir daha fəaliyyət devizinə sadiq olduqlarını xatırladır: Öyrətmək savab, öyrənmək qazanc.
Kitabin qiyməti 25 manatdır. Həmin qiymətə kitabın istənilən ünvana çatdırılması və CD-disk də daxildir. Regionlardakı həmkarlarımıza dəstək olaraq, poct xərcini mks.az saytı ödəyir.
Sifariş üçün əlaqə vasitələri :
050-368-12-72, 012-564-86-85, [email protected]
Ödəniş nağd və ya köcürmə yolu ilə mümkündür. Hər iki hala müvafiq olaraq lazımi sənədlər (elektron qaimə-faktura, müqavilə, hesab-faktura, kassa mədaxil orderi və s.) təqdim edilir.
Vergi Məcəlləsinə 250 dəyişikliyin - ƏN SADƏ RİYAZİ İZAHI
14:25
31 Yan 2019