Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk lirənin dəyərinin qorunması ilə bağlı yeni Fərman verib.
FED.az xəbər verir ki, Türkiyə Prezidenti fərmanı rəsmi qəzetlərdə dərc olunub.
Fərmana görə, daşınan və daşınmaz əmlakın alqı-satqısında xarici valyuta deyil, Türk Lirəsi (TL) istifadə ediləcək. Xarici valyuta ilə bağlanmış müqavilələr bir ay ərzində TL-yə çevriləcək.
Daşınan və daşınmaz əmlakları icarə müqavilələrində valyuta üzərindən müəyyən edilmiş qiymətlər də 30 gün ərzində Türk lirəsinə dəyişdirilməlidir.
Fərmandan irəli gələn qanunları Türkiyə Xəzinə və Maliyyə Naziri tərəfindən icra ediləcək.
Başqa sözlə, yeni qərara əsasən, Türkiyədə qiymətlərin dollar üzərində müəyyən edilməsi dövrü başa çatır. Məsələ bundadır ki, indiyədək Türkiyədə daşınmaz əmlakın alqı-satqısı ya lirə, ya da xarici valyuta – dollar və ya avro ilə aparılırdı.
Son vaxtlar, dolların məzənnəsinin sürətlə dəyişdiyi bir vaxtda hətta lirəyə satılan əmlakların qiyməti də dollarla müəyyən edilirdi. Yəni dolların məzənnəsi dəyişən kiimi, əmlakın lirədə qiyməti də ona uyğun dəyişirdi.
İndi isə yeni fərman bu qaydanı qadağan edir. Fərmana əsasən, ölkədə daşınmaz və daşınar əmlakın qiymətinin xarici valyuta üzərindən müəyyən edilməsi qadağan olunacaq.
Türkiyədə ev almaq istəyənlər üçün sürpriz – ƏRDOĞANDAN FƏRMAN
09:53
13 Sen 2018