Türkiyədə Dollar/TL məzənnəsi ardıcıl üçüncü gün yüksəlişini davam etdirərək 2022-ci il rekordunu yeniləyib.
Eləcə də bax: Azərbaycan manatı lirəyə, funt-sterlinqə, yenə və franka qarşı - BAHALAŞIB
FED.az xəbər verir ki, türk lirəsi üçüncü gündür ki, dollar qarşısında itkisini davam etdirir, səhmlər isə çərşənbə günü enişdən sonra yenidən yüksəlir.
USD/TL məzənnəsi artıq 18,17 lirənin üzərinə qalxıb və bu 2022-ci ilin ən yüksək göstəricisidir.
Bank səhmlərinin liderlik etdiyi BIST 100 indeksi isə 2% yüksəlib.
Asiya və Avropada səhm indeksləri artımla ticarət edilir, qızılın unsiyası isə 0,7% artaraq 1763 dollar olub.
İqtisadiyyata dair avqust ayı üzrə məlumatlar iqtisadi aktivliyin azalmasına işarə edir.