Dollar/TL məzənnəsi Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı əvvəlində rekord yeniləyib.
FED.az xəbər verir ki, günə 14,79 səviyyəsində başlayan dolların məzənnəsi səhər saatlarında 3% artımla 15,28-i görüb.
Sterlinq/TL məzənnəsi 20 səviyyəsini, Avro/TL məzənəsi isə 17,22 səviyyəsini açıb.
Dollar/TL bazar ertəsi günü rekord yenilədikdən sonra Türkiyə Cümhuriyyəti Mərkəz Bankının müdaxiləsilə (valyuta satışı etmişdi) 14 səviyyəsindən aşağı düşmüşdü. Dolların məzənnəsi Çərşənbə axşamı günü günortadan sonra yenidən yüksəlməyə başlayıb. (Marja)