Türkiyənin ixarcat 9 ilin ən yüksək göstəricisi oldu. FED.az xəbər verir ki, Türkiyənin ticarət naziri Ruhsar Pekcan sentyabr ayında ixracatın 22,6 faiz artımla 14,5 milyard dollar olduğunu açıqladı.
Bu, tarixin ən yüksək sentyabr ixrac rəqəmidir (rekord). Qeyd edək ki, bu ilin 9 ayında Türkiyənin ixracı 165,1 milyard dollara çataraq rekord göstərici oldu. İdxal isə sentyabr ayında 18,1 faiz azalma ilə 16,4 milyard dollar olub. Beləliklə, ixracın idxalı qarşılama nisbəti 88,4 faiz səviyyəsində gerçəkləşdi.
İxracla bağlı statistika açıqlandıqdan sonra dollar 1,22% ucuzlaşaraq 5,9833 lirə oludu.
Türkiyədə dollar 6 lirədən aşağı düşdü – HESABAT AÇIQLANDI
12:47
1 Okt 2018