Türkiyədə avronun məzənnəsi 4,76 lirəyə yüksələrək tarixi rekordunu yeniləyib.
Buna səbəb ölkənin xarici ticarət balansının yanvar ayı üzrə kəsirinin gözləntiləri üstələyərək 7,1 mlrd. dollar təşkil etməsidir.
Analitiklər bu rəqəmin 6,8 mlrd. dollar olacağını proqnozlaşdırırdılar.
Türkiyədə avro ilə yanaşı, ABŞ dollarının da məzənnəsi artıb. Amerika valyutası 3,86 lirəyə qədər bahalaşıb.