Türkiyə bundan sonra bir də Beynəlxalq Valyuta Fondundan kredit almayacaq. FED.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bəyan edib. Türkiyənin Qızılcahamam şəhərində Ədalət və İnkişaf Partiyasının fəallarının qarşısında çıxış edən prezident «Biz BVF ilə səhifəni ona görə bağladıq ki, bir də açmayaq»- deyib.
Qeyd edək ki, Türkiyə Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı 2013-cı ildə, fonda olan sonuncu borclarını bağlayandan sonra dayandırıb. 2013-cü ilin 14 may tarixində Türkiyə bu təşkilata olan 422,1 milyon dollarlıq borcunu boğlayıb. Ümumilikdə buna qədər olan 10 ildə Türkiyə BVF-yə 23,5 milyard dollar borc qaytarıb.
Türkiyə Valyuta Fondunun kreditlərindən – İMTİNA EDİB

09:35
8 Okt 2018