“Standard & Poor`s Global Ratings” Beynəlxalq reytinq agentliyi Ermənistanın milli və xarici alyutalarda uzunmüddtli kredir reytinqlərini “B+”dan “BB-”dək yüksəldib, proqnoz “stabil”dir.
"Moody's" Türkiyə banklarının - PROQNOZUNU ARTIRIB
FED.az xəbər verir ki, bu barədə agentliyin saytında deyilir.
"Ermənistanın ÜDM-in artımı, habelə onun maliyyə və xarici ticarət göstəriciləri münaqişədən öncə (Rusiya-Ukrayna - İF) artıq yaxşılaşıb, və hesab edirik ki, ÜDM-in real artımı növbəti bir neçə il ərzində nisbətən yüksək qalacaq. Bu baxımdan, Ermənistanın uzunmüddətli suveren kredit reytinqlərini «B +»-dan «BB-»-ə qaldırdıq. Proqnoz «sabit»dir, - məlumatda bildirilir.
S&P həmçinin Ermənistanın xarici və milli valyutalarda qısamüddətli suveren kredit reytinqlərini «B» səviyyəsində təsdiqləyib, proqnozu «sabit»dir.
S&P 2023-cü il üçün Ermənistan iqtisadiyyatının 7,5% artacağını proqnozlaşdırır. «Azərbaycanla yeni birbaşa hərbi münaqişə kimi ekstremal ssenarilər istisna olmaqla, Ermənistanın yaxın illərdə iqtisadi artım perspektivləri davamlı qalacaq», - agentliyin analitikləri qeyd edir və 2024-2026-cı illərdə ildə orta hesabla 4% artım proqnozlaşdırırlar. (İnterfaks-Azərbaycan)