Sahibkarlığın İnkişafı Fondu və “Marsol” MMC arasında anlaşma memorandumu imzalanıb.
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Marsol” MMC arasında sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı görüş keçirilib. Görüşdə SİF-in təklif etdiyi güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib, sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində işgüzar əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində müzakirə edilən istiqamətlər üzrə SİF və “Marsol” MMC arasında anlaşma memorandumu imzalanıb.