Rusiyada hər 10 nəfərdən birinin xarici bank kartı var.
Rusiya Mərkəzi Bankı - DOLLARIN RƏSMİ MƏZƏNNƏSİNİ QALDIRDI
FED.az xəbər verir ki, bu barədə «Anderida Financial Group»un araşdırmasından sonra məluma olub.
Araşdırma göstərib ki, xarici bank kartlarından istifadə edən ruslar ən çox Türkiyə və Qazaxıstan kartlarına üstünlük verirlər.
«Bizim hesablamaya görə, əllərində xarici bankların kartı olan Rusiya vətəndaşlarının sayı 11%-i keçib. Əvvəllər belələrinin sayı cəmi 3% idi».
Şirkətin proqnozlarına görə, 2023-cü ildə xarici kartı olan rus vətəndaşlarının sayı 15%-ə yüksələcək. Nəticədə hər 6 nəfər Rusiya vətəndaşından 1-nin xarici bank kartı olacaq. Söhbət iqtisadi aktiv əhalidən gedir.
Araşdırma göstərib ki, xarici bank kartı olan rusiyalıların üçdə biri (26%) Qazaxıstan banklarının kartından istifadə edir, 16% isə Türkiyə banklarından kart alıb.
Araşdırma əhalisinin sayı 1 milyon nəfərdən artıq olan şəhərlərdə yaşayan 1900 Rusiya vətəndaşı arasında aparılıb.