Rusiya Mərkəzi Bankı 8-10 aprel 2023-cü il tarixlərinə dolların rəsmi məzənnəsini 82,3988 rubl səviyyəsində müəyyən edib ki, bu da əvvəlki göstəricidən 1 rubl 73 qəpik çoxdur.
FED.az xəbər verir ki, avronun rəsmi məzənnəsi 2 rubl 16 qəpik artırılaraq 90,2892 rubl müəyyən edilib.
Yuanın rəsmi məzənnəsi 25 qəpik artaraq 11,9582 rubl olub.
Moskva birjasının Bakı vaxtı ilə saat 17:15-ə olan valyuta hərracı məlumatlarına əsasən, dollar 81,27 rubla, avro 88,82 rubla, yuan 11,813 rubla bərabər olub.
Bu gün Birjada dolların məzənnəsi 83 rublu, avronun məzənnəsi 91 rublu keçmişdi. (Marja)