Moskva birjasında dolların məzənnəsi iyulun 4-dən bəri ilk dəfə olaraq 89 rubldan aşağı düşüb.
2024-cü ilin 1-ci rübündə rublun bahalaşacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 14:35-ə olan məlumata görə, dollar 1,8% ucuzlaşaraq 88,97 rubl təşkil edib. Bununla yanaşı, avro 1,46% dəyər itirərək 96,69 rubla, yuan isə 1,58% azalaraq 12,273 rubla düşüb.
Bu gün Dollar/Rubl məzənnəsi səhər saatlarında 90 rubldan aşağı düşmüşdür.
Analitiklər bildirilər ki, rublun ABŞ valyutası qarşısında dəyər qazanması Dolların qlobal zəifləməsi ilə də əlaqədardır. İnvestorlar gələn il ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən faizlərin aşağı salınacağını nəzərdə tuturlar ki, bu da ABŞ valyutasının ucuzlaşmasına səbəb olur.
Həmçinin noyabrın sonunda vergi ödəmələrinin müddəti yaxınlaşdıqca, məzənnə 83-85 rubla qədər düşə bilər.
Ekspertin sözlərinə görə, idxalçılardan xarici valyutaya tələbatın aşağı olması, neft bazarında əlverişli şərait və ixracatçıların xarici valyuta gəlirlərinin satışı rublun möhkəmlənməsi üçün şərait yaradır.
Bunlarla belə, Rusiya valyutasının dollarda 90 rubldan aşağı səviyyələrdə olması Rusiya bazarında xarici valyutaya tələbatı arta bilər. (Marja)