Prezident İlham Əliyev sentyabrın 18-də Cəlilabad və Biləsuvara səfərlərinin nəticəsi olaraq bu rayonlara vəsitlər ayrılması haqqında sərəncamlar imzalayıb. FED.az xəbər verir ki, prezidentin imzaladığı 5 sərəncam çərçivəsində adı çəkilən rayonlardakı müxtəlif layihələrə ümumilikdə milyon manat xərclənib.
Həmin layihələr bunlardır:
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.