Monitorinq şöbəsinə mütəxəssis
Vəzifəyə olan tələblər
• Ali İqtisadi təhsil
• Məsuliyyətli olmalı;
• Ünsiyyət qurabilmə qabiliyyəti
• Azərbaycan dili mükəmməl, Rus dili orta səviyyədən yüksək
• Bu sahədə iki illik təcrübəyə malik olması
Vəzifə öhdəlikləri:
Gündəlik olaraq filialın problemli kreditlərinə ümumi baxış və iş planının tərtibi;
Problemli kreditlərin kateqoriyalar üzrə təsnifləşdirilməsi;
90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə maliyyə təhlilinin aparılması, aşkarlanmış prosedurdan kənarlaşmalara dair yekun rəyin verilməsi, ödənişlərinin təmin edilməsi üçün kreditlərin daimi nəzarətaltında saxlanılması;
90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə zəng olunmalı müştərilərin siyahısının tərtib olunması və zənglərin olunması;
90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə bildirişlərin tərtibi və göndərilməsi;
90 gündən çox gecikmədə olan bütün kreditlər üzrə borcalanların, girovqoyanların və zaminlərin (əgər varsa) yaşayış, biznes, iş ünvanlarına müntəzəm olaraq vizitlərin edilməsi;
Məhkəmə qərarlarının icra prosesinə yönləndirilməsi, lazımı sənədlərin toplanılması və işin sürətləndirilməsi üçün bütün lazımı tədbirlərin görülməsi;
Məhkəmə icrası ilə bağlıişlərinaparılması (sorğuların verilməsi, ekspertiza, qiymətləndirmə, hərrac və s.), məhkəmə icraçıları ilə bütün mərhələlərdə işlərin aparılması üçün tədbirlərin görülməsi və kreditlərin ödənilməsi üçün zəruri olan bütün addımların atılması;
Monitorinq şöbəsinin əsasnaməsinə əsasən planlı, növbədənkənar və verilmiş iri məbləğli kreditlərin monitorinqlərinin keçirilməsi, aktlaşdırılaraq Monitorinq şöbəsinə təqdim olunması;
Monitorinq şöbəsinin əsasnaməsinə əsasən banka ərizə və şifahi qaydada daxil olmuş şikayətlərin araşdırılması və yekunununa dair rəhbərliyə məlumatların verilməsi (xidməti məlumat şəklində);
Saxtakarlıq hallarının (fraud) müəyyən edilməsi və vaxtında şöbə və departament rəhbərliyinə məlumatın verilməsi;
CV-ləri Monitorinq şöbəsi mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.