Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmən fəaliyyətə başladığı hiss olundu. Belə ki, FED.az xəbər verir ki, PALATA-dakı əvvəlki vəziyyətlə bağlı illərdir lisenziya ilə bağlı müraciət etmiş və rəsmi rüsum ödəmiş, eləcə də imtahandan keçən nümayəndələr uzun müddətdir ki lisenziya ala bilmirdi.
Lakin ölkə başçısının müvafiq fərmanından sonra PALATA-nın fəaliyyətə başlaması dərhal hiss olundu. Belə ki, bu gün PALATA tərəfindən (rəsmi internet səhifəsinə istinadən) dərhal 63 nəfərə agentlik lisenziyası verilib. PALATA-nın işə operativ yanaşması, illərdir donub qalmış agent lisenziyalarını nümayəndələrə təqdim etməsi sığorta bazarına öz müsbət təsirini göstərəcək.
Bundan başqa, görünən odur ki, artıq PALATA yaxın gələcəkdə də cəmiyyətdə maliyyə sektorunun inkişafı ilə bağlı konkret addımlarını atacaq.
PALATA fəaliyyətə başladı - 63 lisenziya verildi
16:03
8 Okt 2018