“Düşünürəm ki, bütün qeyd olunan rəqəmlər, müəyyənləşən hədəflər daha əvvəl qəbul edilən dövlət sənədlərindəki hədəflərlə uyğun olmalı və ya buna uyğunlaşdırılmalıdır”.
Neft büdcədə 50 dollar hesablanmışdı - Birjalarda 86 dollara satılıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitədə “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Məsələn, 2022-2026-cı il dövlət sosial-iqtisadi strategiyasında aqrar sektorda yaradılan dəyərin hər il 4 % olması, nəqliyyat sektorunda isə orta illik artımın 5 %-i üstələyəcəyi qeyd olunub. Amma 2023-cü ildə nə aqrar sektorda, nə də nəqliyyat sektorunda qeyd olunan rəqəmlər bu hədəflərlə üst-üstə düşüb. Bundan əlavə, strategiyada ortamüddətli hədəf kimi 2022-2026-cı illərdə dövlət büdcəsinin qeyri-neft gəlirləri üzrə proqnozları faktiki və proqnoz göstəriciləri arasındakı fərqin 5 % endirilməsi müəyyən olunub. Lakin 2023-cü ildə qeyri-neft sektoru üzrə gəlirlərin artım hissəsi 1 milyard 130 milyon manat təmin olunub ki, bu da fərqdə 7 %-dir. Hesab edirəm ki, hər iki rəqəmin gələcəkdə planlaşdırma zamanı müəyyən olunmasına diqqət yetirilməsi vacibdir” ,- deyə komitə sədri vurğulayıb.