Sentyabrın 12-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın (AMB) 50101470S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) ilə 99.3812 AZN (8.01%) arasında olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 512 681 600, 00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000 AZN təşkil etmişdir.