Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 663,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 0,6% çox, ötən ayla müqayisədə isə 2,9% azdır.
“FED.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 80 019,1 min manat təşkil edib ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 4,6% artıb, mayla müqayisədə isə 10,2% azalıb.
İyunda ƏDV üzrə daxilolmalar ilin əvvəli ilə müqayisədə 2,3%, ötən ayla müqayisədə isə 0,4% azalaraq 227 727,6 min manat təşkil edib.
Bundan başqa, iyunda aksizlər üzrə büdcə daxilolmaları ilin əvvəli ilə müqayisədə 22,1%, mayla müqayisədə isə 2,2% artıb və 20 593,7 min manat olub.
Yol vergisi üzrə daxilolmalar isə iyunda 3 323,1 min manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 2,1% artıb, mayla müqayisədə isə 8,3% azalıb.