Gürcüstan parlamenti 2019-cu il üçün dövlət büdcəsinin layihəsini uzun sürən müzakirələrdən sonra təsdiqləyib.
FED.az xəbər verir ki, büdcə zərfi 91 səs lehinə, 9 səs əleyhinə olmaqla təsdiq edilib. Gürcüstanın 2019-cu il üçün dövlət büdcəsinin həcmi 13 milyard 90 milyon laridir (təxminən 5 milyard dollar). Bu da 2018-ci ilin büdcəsindən 600 milyon lari çoxdur. Büdcə layihəsində ən çox vəsait sosial, təhsil və səhiyyə sahələri üçün nəzərdə tutulub.
ELƏCƏ DƏ BAX: 2019-un inflyasiya proqnozu aşağı salınacaq - AMB
Xatırladaq ki, parlamentin dekabrın 12-də keçirilmiş iclasında yetərsay olmadığı üçün büdcə layihəsi təsdiq edilməmişdi.