Azərbaycanın 2019-cu il üzrə büdcə zərfi Milli Məclisə (MM) daxil olub.
FED.az xəbər verir ki, zərfə "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, MM-in və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.