Azərbaycanda orta illik inflyasiyanın 2019-cu ildə 3,8% təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 0,7% bəndi çoxdur.
FED.az bu barədə 2019-cu il və növəti 3 il üçün makroiqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.
Orta illik inflyasiyanın 2020-ci ildə 3,5%-ə, 2021-ci ildə 3,3%-ə enməsi və 2022-ci ildə də 3,3% səviyyəsində qalması gözlənilir.
Qeyd edək ki, 2017-ci ildə orta illik inflyasiya 12,9% təşkil edib. 2018-ci ildə isə bu göstəricinin 3,1% olacağı proqnozlaşdırılır.