Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bankın faiz qərarına qarşı çıxıb. FED.az xəbər verir ki, Ərdoğan Mərkəzi Bankın faizi olduqca yüksək artırılmasından narazı qaldığını qeyd edib.
“MÜSTƏQİLLİYİN NƏTİCƏSİNİ GÖRDÜK”
"Heç bir zaman inflyasiya Mərkəzi Bankının açıqladığı kimi olmamışdır. 3-cü rübdə proqnozunda dəyişiklik edir. Bir halda ki, bilirsən niyə dəyişirsən? Faizi bilirsən də, inflyasiyanı niyə bilmirsən? Mərkəzi Bank faizi olduqca yüksək artırıb. Haydı, buyur, müstəqillik. Müstəqilliyin nəticəsini görəcəyik, şəxsən mən səbr edirəm".
Ərdoğan "Valyutanın bir anda 7-yə yüksəlməsi iqtisadi sui-qəsd cəhdidir" - deyib.
“BU ÖLKƏDƏ HƏLL EDLƏ BİLMƏYƏN BİR PROBLEM YOXDUR”
Ərdoğan "Bu ölkədə nə siyasi qeyri-sabitlik baş verdi, nə müharibə oldu, nə də fəlakətə məruz qaldı. ABŞ rəhbərliyinin hörmətsiz tələblərinə cavab vermədik deyə, belə bir nəticə ortaya çıxdı. Bu, məsələnin tamamilə siyasi olduğuna işarə edir" deyib.
Həmçinin Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan vətandaşlara çağrı edərək bütün valyuta əməliyyatlarının avro və qızılla aparılmasına çağırıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan yüksək faizlərə qarşı çıxır.
Ərdoğan yenə Mərkəzi Banka qarşı çıxdı - FAİZ ÇOX YÜKSƏKDİR
14:04
14 Sen 2018