Amerikalı iş adamı, “SpaceX”in təsisçisi İlon Mask ölkənin dövlət borcu ilə bağlı problemin həll olunmayacağı təqdirdə ABŞ dollarının dəyərini tamamilə itirəcəyi barədə xəbərdarlıq edib.
Devalvasiyadan və qanunların dəyişməsindən qorunma + dövlət dəstəyi – DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞI QANUNU NECƏ İŞLƏYƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.
“Biz dövlət borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərini tamamilə itirəcək”, - Mask bildirib.
Xatırladaq ki, daha əvvəl Beynəlxalq Valyuta Fondunun Büdcə məsələləri üzrə Departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-nin dövlət borcunun artması dünyada yan təsirlərə səbəb olur.