FED.az 01 yanvar 2019-cu ildən etibarən hər iki kateqoriya üzrə ayda 500 manat əməkhaqqı alan işçilərin vergi və sosial sığorta ödənişlərinin hesablanmasına dair nümunələri təqdim edirik:
Eləcə də bax: Azərbaycan bankı gələn il üçün - PLANLARINI AÇIQLADI
Dövlət və neft-qaz sahəsində fəaliyyət göstərənlər üçün:
Vergi üzrə:
500 - 200 (2500 manata qədər 200 manat güzəşt olunur) = 300 manat
300 manat x 14 faiz (gəlir vergisi) = 42 manat
Sosial sığorta üzrə:
500 x 3,5 faiz = 17,5 manat
Cəmi: 59,5 manat
500 manat - 59,5 manat = 440,5 manat. Yəni dövlət və neft-qaz sahəsində çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 440,5 manat əməkhaqqı alacaq.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üçün:
Vergi üzrə:
Gəlir vergisi - 0 faiz (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)
Sosial sığorta üzrə:
6+ (500-200) x10,5 faiz = 37,5 manat
Cəmi: 37,5 manat.
500-37,5=462,5 manat. Yəni neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq maaşı 500 manat olan işçilər vergi və sosial sığorta haqlarını ödədikdən sonra 462,5 manat əməkhaqqı alacaqlar.