Maliyyə Nazirliyi: “Büdcə kəsiri təsdiq olunan yuxarı həddən yüksək deyil”
FED.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2019-cu ilin dövlət büdcəsi 23 milyard 168 milyon manat gəlir, 25 milyard 190 milyon manat xərc və müvafiq olaraq 2 milyard 22 milyon manat məbləğində kəsir olmaqla təsdiq olunub. O qeyd edib ki, kəsirlə təsdiq olunan büdcə dünyanın əksər dövlətlərinə xas olan praktikadır.
“2019-cu ilin birinci yarısında ölkəmizin dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat, kəsir 545,5 milyon manat təşkil etmişdir. Göründüyü kimi həmin kəsir təsdiq olunan yuxarı həddən yüksək deyil. Bu kəsir dövlət büdcəsində nəzərdə tutulan maliyyələşdirmə mənbələri - özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb”, - deyə M.Piriyev vurğulayıb