2023-cü ildə Nigeriya nairası ABŞ dollarına nisbətdə 55% dəyər itirərək 1999-cu ildən bəri ən pis ilini yaşayır. İndi 1 dollara 1043 naira əldə edə bilərsiniz ki, bu da rekord aşağı göstəricidir.
Bu ölkə milli valyutasını - 50 FAİZ DEVALVASİYA ETDİ
FED.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, naira bu il yalnız Livan funtu və Argentina pesosundan geridə qalaraq dünyanın ən zəif valyutalarından biri olub.
Nigeriyanın valyuta ehtiyatları son altı ilin ən aşağı səviyyələrindədir və onların əksəriyyəti qısamüddətli xarici öhdəliklərlə bağlıdır. Buna görə analitiklər 2024-cü ildə nairanın daha da ucuzlaşacağını proqnozlaşdırırlar. (Marja)