Argentina pesosu dollar qarşısında 50% çox devalvasiyaya uğrayacaq
Argentinada "şok" dollar qərarı
FED.az xəbər verir ki, Argentinanın yeni hökuməti ölkənin üzləşdiyi maliyyə böhranını həll etmək üçün mühüm iqtisadi tədbirlər görəcəyini açıqlayıb. Hökumət rəsmiləri Argentina pesosunun dollar qarşısında 50 faizdən çox dəyərdən düşəcəyini və dövlət xərclərinin məhdudlaşdırılacağını açıqlayıb.
İqtisadiyyat naziri Kaputo ölkənin çətin bir prosesdən keçəcəyini bildirərək, inflyasiyanın xüsusilə bir neçə ay ərzində arta biləcəyini və hiperinflyasiya riskinin olduğunu vurğuladı. O, iqtisadi tədbirlərin Argentinanın iqtisadi sabitliyini təmin etmək üçün həyata keçirildiyini bəyan edib.
İqtisadiyyat naziri Kaputo ölkədə yoxsulluğun 40 faiz səviyyəsində olduğunu xatırladıb . O bildirib ki, yoxsulluq səviyyəsini nəzərə alaraq, hökumət həssas təbəqələr üçün yeni sosial yardım proqramları elan etməyi planlaşdırır.
BVF-dən dəstək
Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva, X sosial media hesabındakı paylaşımında Argentinanın iqtisadi çətinliklərinin həlli üçün görülən tədbirləri alqışladığını bildirib. O, bu tədbirlərin ölkədə sabitliyin bərqərar olması və iqtisadi potensialının yenidən qurulması istiqamətində mühüm addımlar olduğunu vurğulayıb.
Georgieva bəyan edib ki, bu, sabitliyin bərpası və ölkənin iqtisadi potensialının yenidən qurulması istiqamətində mühüm addımdır.
Qeyd edək ki,illik inflyasiyanın 140 faizə çatdığı ölkədə hökumətin büdcə kəsirini azaltmaq üçün nəqliyyat və enerji sahələrində subsidiyaları azaldacağı, ictimai işlərdə ciddi ixtisarlar aparacağı bildirilib.
Noyabrın 19-da keçiriləcək prezident seçkilərində Xavier Mileinin qalib gəlməsi və dekabrın 10-da vəzifəyə keçməsi ilə ölkə iqtisadiyyatı və görüləcək tədbirlərlə bağlı daha çox dəyişikliklər gözlənilir.
Argentina səbirsizliklə iqtisadi sabitliyi bərpa etmək üçün atılan addımların təsirini və onun vətəndaşlarına təsirini gözləyir.