Gürcüstanın Maliyyə Nazirliyi ölkənin xarici dövlət borcları barədə statistik məlumatları açıqlayıb.
FED.az xəbər verir ki, nazirliyin məlumatına görə, Gürcüstanın ümumi xarici dövlət borcu 2018-ci ilin avqust ayı ilə müqayisədə 28,478 milyon ABŞ dolları azalaraq sentyabr ayında 5 milyard 140 milyon 98 min dollar olub. Bu məbləğin 5 milyard 14 milyon 525 mini hökumətin payına düşür.
Hesabat dövründə Gürcüstanın Azərbaycana olan borcu 7 milyon 976 min dollar təşkil edib.
Qonşu ölkənin Almaniyaya 276, 966 milyon dollar, Yaponiyaya 207, 807 milyon dollar, Fransaya 192, 976 milyon dollar, Türkiyəyə 15,297 milyon dollar, Rusiyaya 63,567 milyon dollar borcu var.