İsveçrə əvvəlki illərdə olduğu kimi bu il də varlı vətəndaşlarının sayına görə liderdir. Baxmayaraq ki, ötən illə müqayisədə bu il isveçrəlilər 1.4% kasıblaşıblar.
Orta hesabla İsveçrədə hər bir vətəndaşın bankda 530 min 240 dolları var. Fins.az xəbər verir ki, bu barədə Global Wealth Report, Credit Suisse bankının hazırladığı hesabata əsasən məlumat yayıb. Siyahıda ən varlı vətəndaşları olan ikinci ölkə Avstraliyadır. Bu ölkənin orta hesabla hər bir vətəndaşının bankda 411 min 060 ABŞ dolları var.
Ümumilikdə 2017-2018-ci il hesablama dövründə yer kürəsi 4.6% varlanaraq 317 trillion dollara çatıb. Yer kürəsinin varlanması əsasən ABŞ və Çin vətəndaşlarının hesabına baş verib. Son bir il ərzində ABŞ-da varlı insanların aktivləri 6.9% artaraq 98 trillion dollara çatıb.
Siyahıda Çin ABŞ-dan sonra yer alıb. Bu ölkədə varlı insanların aktivləri 4.0% artaraq 52 trillion dollar təşkil edib. Hesablamalara görə 2023-cü ilə dək Çin varlıları 23 trillion dollar daha da zəngin olacaqlar.
Həmçinin hesablama zamanı o da bəlli olub ki, Almaniya, Fransa, Böyük Britaniya da 1 trillion dollar daha da zənginləşib.
Credit Suisse Bankın analitikləri hesab edir ki, dünyada varlılarla kasıblar arasındakı qlobal fərq də bir qədər azalıb.
Belə ki, bir il bundan qabaq 9.5% insan dünya var-dövlətinin 86%-nə sahib idləsə də, cari il bu faiz göstərici 84% olub.
Hesablamalara görə qadınlar dünya var-dövlətinin 40% sahibdirlər. 20-ci əsrdə qadınlar sürətlə varlanırdı. Lakin 2000-ci ildə biznes ladylərin sayında stabillik yaranıb.
Bir çoxları hesab edirlər ki, isveçrəlilər bankların hesabına varlanıblar. Lakin araşdırma bunun əksini göstərib.