2023-cü ilin yanva-mart aylarında fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $451,539 milyon təşkil edib ki, bu da 2022-ci ilin birinci rübünün göstəricisindən 88,1% çoxdur.
Azərbaycan qarşılıqlı turizm xidmətləri dövriyyəsini - 34 %-dən ÇOX ARTIRIB
2023-cü ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyə balansı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Hesabat dövründə köçürmələrin böyük hissəsi - $312,629 milyon (artım 3,1 dəfə) və ya fiziki şəxslərin bütün köçürmələrinin 69,2%-i (2022-ci ilin ynavra-mart aylarında xüsusi çəki 41,5% təşkil edib) Rusiyadan həyata keçirilib.
Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($32,635 milyon, artım 39,3%), ABŞ ($15,844 milyon, azalma 2,1 dəfə), BƏƏ ($7,661 milyon, artım 20,6%) və Böyük Britaniya ($9,194 milyon, artım 17,9%) daxildir.
AMB-nin məlumatına görə, 2023-cü ilin birinci rübündə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 12,6% azalaraq $132,4 milyona çatıb.
Fiziki şəxslərin Azərbaycandan pul köçürmələri həyata keçirdiyi ölkələr arasında birinci yeri Türkiyə ($34,149 milyon, azalma 16,6%) tutur. İl ərzində Azərbaycandan bütün köçürmələrin 25,8%-i (2022-ci ilin yanvar-mart aylarında 27%-i) Türkiyənin payına düşüb.
Azərbaycanda fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($12,773 milyon, azalma 18,5%), ABŞ ($12,711 milyon, azalma 14,8%), RF ($19,879 milyon, azаlmа 3,9%) və Böyük Britaniya ($6,033 milyon, azalma 2,1 dəfə) daxildir.
2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $3 milyard 620,117 milyon (2021-ci illə müqayisədə artım 3,2 dəfə), Azərbaycandan köçürmələrin həcmi $664,798 milyon (artım 0,5%) təşkil edib. (İnterfaks-Azərbaycan)