2023-cü ilin 1-ci rübü üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir.
Azərbaycanın tədiyə balansının qalığı - 3,1 DƏFƏ ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari əməliyyatlar balansında 3.4 mlrd.dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 mlrd.dollar profisit yaranmış, ehtiyat aktivləri 3.5 mlrd.dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 85dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 27% artaraq 900 mln.dollar səviyyəsində formalaşmışdır.
Qeyd edək ki, cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.