Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 097,1 mln. manat, xərcləri isə 1 269,1 mln. manat təşkil edib.
FED.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,5% və 30% çoxdur.
Son nəticədə büdcədə 828 mln. manatlıq qalıq yaranıb.