2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapitalın repatriasiyasının (çıxarılma) həcmi 3 milyard 403.1 milyon dollar təşkil edib.
FED.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankın dərc etidiy tədiyə balansının məlumatında qeyd olunur.
2019-cu ilin 9 ayı ərzində kapitalın repatriasiyası 2 milyard 365.5 milyon dollar təşkil etmişdi. Beləliklə, Azərbaycandan kapitalın çıxarılması 1 milyard 38 milyon dollar və ya 43,9% artıb.
Məlumatda qeyd edilib ki, ari ilin 9 ayı ərzində birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.4 milyard dollar (27% artım) olmuşdur.
"2020-ci ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509.7 mln.$) azalması cəlb olunmuş investisiya ilə (2893.4 mln.$) kapitalın repatriasiyası (3403.1 mln.$) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 497.1 mln.$ (18% artım) olmuşdur", - məlumatda deyilir.