Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 57,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 fevral 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 5,3% və ya 3,2 mln. dollar azalıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.