Son zamanlar dünya fond bazarlarında dinamika və regionda Azərbaycanın qonşularının dollarda əməlliyatların azaldılmasına cəhdləri, hətta dollardan imtina etmək istəkləri qızıla marağı artırır.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından qızıla investisiyaları artırmaqla bağlı sorğuya cavab olaraq bildirilib ki, Mərkəzi Bank valyuta ehtiyatlarını xarici maliyyə institutlarında depozitlərə, xarici ölkələrin sabit gəlirli qiymətli kağızlarına, eləcə də qızıla investisiya edə bilər.
Məlumatda deyilir ki, cari il üçün müəyyənləşdirilmiş investisiya proqramında valyuta ehtiyatlarının qızıla investisiya edilməsi nəzərdə tutulmayıb və hazırda investisiya proqramına dəyişiklik edilməsi nəzərdən keçirilmir.