Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 44 522,2 mln. ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bunun 87,57%-i və yaxud 38 987,7 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,43%-i və yaxud 5 534,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 973,4 mln. dollar və yaxud 2,24% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 951,6 mln. dollar və yaxud 2,5%, AMB-nin valyuta ehtiyatlarında isə 21,8 mln. dollar və yaxud 0,4% artım olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 334,7 mln. dollar və yaxud 8,1% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 2 967,7 mln. dollar və yaxud 8,24%, AMB-nin valyuta ehtiyatlarında isə 367 mln. dollar və yaxud 7,1% artım olub.
ARDNF-in valyuta ehtiyatları (mln. ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (mln. ABŞ dolları) |
Azərbaycanın valyuta ehtiyatları (mln. ABŞ dolları) |
|
01.10.2018 | 38 987,7 | 5 534,5 | 44 522,2 |
01.07.2018 | 38 036,1 | 5 512,7 | 43 548,8 |
01.04.2018 | 37 631,7 | 5 508,0 | 43 139,7 |
01.01.2018 | 35 806,5 | 5 334,6 | 41 141,1 |
01.10.2017 | 36 020,0 | 5 167,5 | 41 187,5 |