Cari ilin 9 aylıq dövründə Mərkəzi Bank qarşısında ən çox borclanan banklar "AGBank və "Nikoil Bank" olub.
FED.az xəbər verir ki, bankların 30 sentyabr 2018-ci il tarixinə açıqladıqları hesabata istinadən xəbər verir ki, yerli bankların Mərkəzi Bank qarşısındakı öhdəlikləri məlum olub.
Belə ki, cari ilin ilk 9 aylıq dövründə Mərkəzi Bank qarşısında öhdəliyinin həcmi ən çox olan bank "AGBank" olub ki, öhdəliyin həcmi də 45 mln. manat təşkil edib. Qeyd edək ki, bu rəqəm bankın öhdəliklərinin 9,37%-ni təşkil edir.
Mərkəzi Bank qarşısında ən çox borclanan ikinci bank isə "Nikoil Bank" olub. Bankın sözügedən öhdəliyi 32,3 mln. manat təşkil edib ki, bu da cəmi öhdəliklərinin 9,56%-nə bərabər olub. Qeyd edək ki, cari ilin 3-cü rübündə ən çox zərər edən banklardan biri də "Nikoil Bank" olub və zərəri 79 mln. 901 min. 50 manat təşkil edib.
"Xalq Bank"ın sözügedən dövrdə tənzimləyici qarşısında öhdəliyi cəmi öhdəliyinin 1,84%-i həcmində 30 mln. 791 min 780 manat olub.
Mərkəzi Bank qarşısında öhdəliyi "Muğanbank"ın cəmi öhdəliyinin 5,05%-ni təşkil edərək 24 mln. 833 min 330 manat, "AtaBank"ın cəmi öhdəliyinin 4,49%-ni təşkil edərək 20 mln. manat, "Günay Bank"ın cəmi öhdəliyinin 5,45%-ni təşkil edərək 6,1 mln. manat, "Bank Silk Way"in öhdəliklərinin isə 0,53%-ni təşkil edərək 2,5 mln. manat olub.
"Bank BTB"in Mərkəzi Bank qarşısında öhdəliyi 24 mln. 285 min manat təşkil edib. Bu isə bankın cəmi öhdəliklərinin 10%-ə yaxın hissəsini - 9,86%-ni təşkil edir. "Bank of Baku"nun öhdəlikləri isə cəmi öhdəliklərinin 7,63%-ni təşkil edərək 20 mln. manat olub.
Qeyd edək ki, sözügedən dövrdə bəzi bankların Mərkəzi Bank qarşısındakı öhdəlikləri olmayıb, bəzi banklar isə öhdəliklərinin tərkibində AMB-yə olan borclarını göstərməyiblər (finans.az).
Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? – SİYAHI
11:25
3 Noy 2018