Nazir Mikayıl Cabbarov 2019-cu ildə keyfiyyətli vergi auditi institutunun inkişafına çalışılacağını bildirib. FED.az xəbər verir ki, ölkənin vergilər naziri bunu "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda çıxış edərkən qeyd edib.
Eləcə də bax: Mikayıl Cabbarov: "Sahibkar vergi orqanı ilə təmasdan qorxmamalıdır"
O, həmçinin bildirib ki, yoxlamaların sayı azalır və bu yoxlamaların risklərin idarə edilməsi sistemi əsasında müəyyən edilməsinə yönəlik yanaşma tətbiq olunur: "Bu gün sahibkarların vergi orqanları tərəfindən yoxlamaya məruz qalma səviyyəsi cüzidir. 2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 ödəyicidən yalnız 4-də səyyar vergi yoxlaması aparılıb. Bu, 0,4 faiz göstərici deməkdir. Kiçik sahibkarlıq subyektləri isə demək olar ki, yoxlamaya məruz qalmır".
"2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 ödəyicidən yalnız 4-də səyyar vergi yoxlaması aparılıb"
11:39
18 Fev 2019