ABŞ-ın 8 ölkəyə İrandan neft idxalı üçün verdiyi möhləti uzatmayacağını açıqlaması ilə neft qiymətlərində baş verən yüksəliş, ABŞ ilə Türkiyə arasındakı S400 böhranı, Mərkəzi Bankın ehtiyatlarına dair narahatlıqlar, seçki qeyri-müəyyənliyinin hələ də sona çatmaması və Dollar indeksinin 22 ayın ən yüksək səviyyəsinə yaxınlaşması kimi amillər son dövrdə Türk Lirəsinin (TL) dəyər itirməsinə səbəb olur.
Ötən həftə İstanbulda Bələdiyyə sədri Ekrem İmamoğlunun vəzifəyə başlaması və seçki qeyri-müəyyənliyinin azalması ilə 5.71-ə qədər geriləyən Dollar/TL məzənnəsi Mərkəzi Bankının ehtiyatlarına dair narahatlıqlarla yenidən 5.85-in üstünə qalxmışdı.
FED.az xəbər verir ki, Dollar bu gün (saat 17:40-a olan məlumat) 1% bahalaşma ilə 5.8893 lirə səviyyəsini, Avro isə 0.7% artımla 6.5954 lirə səviyyəsini görüb.
Bazarda bu gün məzənnəyə təsir edəcək kritik bir informasiya axını yoxdur. Amma Türkiyə Mərkəzi Bankının sabahkı faiz qərarı əhəmiyyətli olacaq. Faiz dərəcələrində dəyişiklik edilməsi gözlənilmir.
Analitiklər bildiriblər, neft qiymətlərində yüksəliş və daxildəki siyasi proseslər TL üzərində təzyiq yaradan digər amillərdir.
"Commerzbank"dan bildirilib ki, İrandan neft idxalında Türkiyə daxil olmaqla 8 ölkəyə verilmiş sanksiya möhlətinin uzadılmaması Lirə üçün mənfidir.