Rusiyanın xarici ticarətində müsbət saldo 2018-ci ildə 62% artaraq 211,6 milyard dollara çatıb. FED.az xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2018-ci ildə ölkədən ixrac 2017-yə nisbətən 25,6% artaraq 452,1 milyard dollara, idxal isə 5,1% artaraq 240,5 milyard dollara çatıb.
Ümumi xarici ticarət dövriyyəsi 17,6% artaraq 692,6 milyard dollara satdığı bir vaxtda, müsbət ticarət saldosu da 62% artaraq 211,6 milyard dollar olub (2017-də müsbət saldo 130 milyard dollar idi).
Rusiyanın ixracatının 87,9%-i, idxalının isə 89%-i MDB ölkələrinədir. Rusiyadan ixracın tərkibində neft və təbii qaz məhsullarının həcmi 59,3%-dən 63,7%-ə yüksəlib.
Eləcə də bax: Rusiyada iqtisadi artım 6 illik rekordu yeniləyib
Rusiyanın xarici ticarəti 200 milyard dollar - «MÜSBƏTDƏDİR»
09:31
7 Fev 2019