Banner

İqtisadiyyat

Rusiyadan satdığımızdan 4 dəfə çox alırıq

Rusiyadan satdığımızdan 4 dəfə çox alırıq | FED.az
10:41 17 May 2019

Rusiyadan Azərbaycana idxal Azərbaycandan Rusiyaya ixracdan 4 dəfəyə yaxın çoxdur.

FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-aprel dövründə Rusiyadan idxalın dəyəri 660 milyon 637 min dollar təşkil edib. Eyni dövrdə Azərbaycandan Rusiyaya ixracın dəyəri isə 178 milyon 446 min dollar olub. 

2018-ci ilin ilk 4 ayında Rusiyadan idxal 526 milyon 533 min dollar, Rusiyaya ixrac isə 157 milyon 833 min dollar təşkil etmişdi. 

Eləcə də bax: Azərbaycan ət idxalını 24% artırıb




©Marja

Digər xəbərlər

Banner