"Əlaqələrimiz sabit şəkildə inkişaf edir. Bu barədə heç bir şübhə yoxdur. Dostluq ab-havası var. Bütün istiqamətlərdə irəliləyirik".
FED.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
ELƏCƏ DƏ BAX : Azərbaycan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda sazişlər imzaladı
Səfir bildirib ki, ticarət ikitərəfli əməkdaşlığın əsas sahələrindən biridir.
"Rusiya statistikasına əsasən, bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib. Müqayisədə üçün deyim ki, bu, keçən il 2 milyard 400 milyon dollar təşkil edib. Ticarətimiz qeyri-neft sektoru üzərində qurulub. Bura kənd təsərrüfatı, maşınqayırma və s. daxildir", - diplomat vurğulayıb.