Yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac isə 222 milyon dollar təşkil edib.
Ötən il ixracı kəskin artan və azalan - MƏHSULLAR - MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayının ilkin rəqəmlərinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon dollara bərabər olub.
İcmal məlumatlarına əsasən, həmin dövrdə bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4 faiz artıb.
Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon dollar təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15,4 milyon dollar olub.