Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yaşıl enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu var.
SOCAR yeni şirkət yaratdı – İRİ LAYİHƏLƏR ONA TAPŞIRILACAQ
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.
"ACWA Power şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşdə bərpaolunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - nazir əlavə edib.