2024-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-fevral ayları ərzində yeyinti məhsulları üzrə ixrac 137,1 milyon ABŞ dollarına bərabər olub.
İxrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın mart sayına əsasən xəbər verir ki, 2024-cü ilin ilk 2 ayı ərzində qara metalların ixracı 46,4%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 29,7%, pambıq ixracı 29,3%, meyvə-tərəvəz ixracı isə 24,6% artıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 36,6 milyon ABŞ dolları təşkil edib.