Azərbaycanda haqsız rəqabətlə bağlı ən böyük cərimələrdən biri «Araz Supermarket» şəbəkəsinə yazılıb.
FED.az xəbər verir ki, qaldırılan işlər və cərimələrlə bağlı bu gün keçirilən mətbuat konfransında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Onun sözlərinə görə, «Araz Supermarket» MMC-yə haqsız rəqabət halları, yəni qanunsuz (qeyri- deqiq) reklamın yayımına yol verməməsi haqqında göstəriş verilib və 2,5 milyon manat maliyyə sanksiyası tətbiq edilib.