Hollandiya, Kolumbiya və Ekvador 2023-cü ilin sonuna qədər qlobal çiçək ixracatında liderlər oldu.
Gül bazarında bahalaşma var - VİDEO
FED.az xəbər verir ki, adı çəkilən ölkələrin xarici bazarlara təqdim etdiyi gül tədarükünün ümumi dəyəri 6,6 milyard dollara çatıb.
Hollandiya 552 min ton çiçək ixracı və 4,6 milyard dollarlıq gəlirlə şəksiz lider olub. 143 min ton çiçək ixracı və 1,1 milyard dollarlıq gəlir ilə Kolumbiya ikinci, 987 milyon dollara 181 min ton gül satan Ekvador isə ilk üçlük arasında yer alıb.
İlk beş ixracatçıya Keniya və Nigeriya daxildir. Müvafiq olaraq Keniya 64 min ton gül ixracından 387 milyon dollar, Nigeriya isə 97 min ton gül ixracından 157 min dollar gəlir əldə edib. Eyni zamanda, Nigeriya il ərzində ixrac həcmini ən çox - 4 dəfə artıran ölkə olub. İxrac həcmi ən çox azalan ölkələr isə Kolumbiya, Keniya və Çin olub. Kolumbiyada ixrac həcmi 49%, Keniyada 38% və Çində 32% azalma müşahidə edilib.
Məlum olub ki, Rusiya 2023-cü ildə cəmi 40 min dollar dəyərində gül ixrac edib və bunun 86%-i Ermənistana gedib. Əvvəllər məlum idi ki, Efiopiya Rusiyaya birbaşa mal ixrac etmək planlarına malikdir.
Daha detallı məlumat aşağıda təqdim etdiyimiz cədvəldə :
Ölkələr |
Gül ixracının həmi (min ton) |
Əldə olunan gəlir (dollar)
|
Hollandiya |
552 |
4,6 milyard |
Kolumbiya |
143 |
1,1 milyard |
Ekvador |
181 |
987 milyon |
Keniya |
64 |
387 milyon |
Nigeriya |
97 |
157 milyon |
İtaliya |
16 |
126 milyon |
Çin |
34 |
110 milyon |
Kanada |
34 |
109 milyon |
Malayziya |
23 |
76 milyon |
Cənubi Afrika |
8 |
61 milyon |