Bakının gül bazarında bahalaşma müşahidə edilir. Əvvəllər 3 manata satılan gül indi 4 -5 manata təklif edilir.
Marketlərdə süd məhsulları neçəyədir? – MARKETLƏR, QİYMƏTLƏR, SİYAHI (Fevral, 2024)
FED.az xəbər verir ki, paytaxt mağazalarında həm yerli, həm də xarici ölkələrdən idxal edilən müxtəlif çeşiddə gül təklif edilir.
Mağazalarda əvvəllər 30 manata satılan gül buketləri hazırda 50 manata təklif edilir.
Satıcılar deyir ki, qiymət artımı gülün yığılma formasından asılı olaraq da dəyişir.
Yerli güllərin Şəmkirdən və Qəbələdən gətirildiyini deyən digər bir satıcı da etiraf edir ki, son vaxtlar gül bazarında bahalaşma var.
Qiymət artımı xarcdən gətirilən gül növlərində daha çox hiss olunur. Bazarda Ekvador və Keniyadan gətirilən gülllər isə üstünlük təşkil edir.
Alıcı qıtlığının yaşanmadığını deyən satıcılar ilin bütün fəsillərində və günlərində gülə tələbatın olduğunu bildirirlər. (Xezerxeber.az)